Main menu
0:00
0:00

Beş-alti manatlıq fayton səfəri

Bakının keçmişdən qalan şakəri

Gəzib dolanaram lal küçələri

Ötəni, yetəni seyr eləyirəm.

Mehman gəzdirən faytonçu bu dəm

Söz açır, üyüdür

            hey ordan-burdan,

Təkərlər fırlanar

            dolanbadolan,

Gecə sükunətə qərq olub nər yan…

Daşlarin yaddaşı gör nələr deyir,

Hər yerdə bir aləm,

            dastan gizlənir

Keçmişlər şəhərin vecinə deyil,

Bu günüm öz hokum, ünü

            səslənir.

Güzəran sürəcək öz minvalıyla,

Adicə həyatın vecsiz axarı

Musiqi qarışıq qiylu-qalıyla

Basacaq qaranlıq meyxanaları.

Oranın öz nırxı, öz alveri var,

Içənlər içkidən xoşhallannacaq,

Günəşi udacaq lacivərd sular,

Dənizin içindən ay boylanacaq.

Baxıb naşıların boş höçətinə

Ariflər bezikib təngə gələcək,

Oğrular işinə başlayıb yenə

 

Bu gecə bəxt ilə cəngə gələcək.

Qaranlıq haqlayır yolu bir qədər

Kölgələr, binalar ötüsüb keçir

Gecənin qoynunda ucalan evlər,

Saraylar zülmətə qatışıb keçir.

Qocanın yüyəni tutan əlləri

Sustalıb boşalir,

            atlar səngiyir,

Aşıb əsrləri, bərvləri

Tarixin sorağı

            min bir don geyir,

Heçliyə qər olmuş

            şahlar, vəzirlər,

Adlar unudulmuş,

            solmuş daş-divar,

Yazıya pozu yox,

            qədim yazılar

Vaxtın sınağ necə

            dözürlər?

Daş üstə sehirli, sirli

            naxışlar,

Onlardan baş açan,

            oxuyan hanı…

Əsrlər şahıdı, sinli naxışlar

Özündə yaşadır ötən zamanı.

Odur ha, göylərdən

           asılı qalıb

 

Qoca Şərqin gerbi-

            bəyaz aypara

Sanki qanad çalıb, qalxdıqca qalxıb

Ünyetməz, əlçatmaz ucalıqlara…

Ləpələr sahilə sinir sakitcə.

Halını pozmayır qayğışız gəcə.

Print Friendly, PDF & Email