Main menu
0:00
0:00

Kupedə ikimizik,

Qonşum yaman darıxır.

Vaqonun aynasından,

Qarh meşəyə baxır.

Nə qədər çay içərlər,

Yollara baxa-baxa?

Hələ çox var axşama,

Hələ çox var sabaha.

Gecənin bir vədəsi,

Qonşum məni ayildir.

Anlaya bilmirəm ki,

Günün hansı vaxtıdır?

Nə tez açılıb səhər?

Bu Günəş hardan doğub?

 

... Sən demə her yer yanır

Qarlı meşə od tutub.

Qara qanadlı quşlar

Yanan yuvalarına

Göy üzündən baxırlar.

Qonşum həyəcanlanıb

Soruşur ki, neyləyək?

Kimdən imdad diləyək?

Ürəyini üzmə sən

Bu şütüyən qatardan

Biz atılsaq, ölərik.

Bu od tutmuş meşəyə

Aynadan baxa-baxa

De, neynəyə bilərik?

Print Friendly, PDF & Email