"Umom Rossiö ne ponətğ" F. Tötçev
İstədik ki, yaşayaq
Avropalılar kimi;
Ümumdünya "selində"
Üzmək eşqinə düşdük,
Kimələrlə vidalaşdıq,
Kimlər ilə öpüşdük?
Hər şеу tərsinə döndü.
Ötükcə günlər, aylar,
Yoxsullar yoxsullaşdi,
Varlılar varlandılar.
Sınaqlardan çıxıbdı
El sözü; dürüst, dərin
Azadlıq, qardaşlıq da
Xəyalıdı giclərin.
Guya ürəyi yanır
Bizimçün fransızın?
İndi başqa döngədə
Ağlarıq sızın-sızın...
Öldürmə günahkarı.
Bu sahibsiz naxırı.
Tənha qoymaz ki, Tanrı.