Bu da payızın sonu
Yenə də şaxta, sazaq
Ağardı yerin donu
Dözsən çıxarıq yaza.
Hər şey hərəkətdədir
Hər şey təkrar olunur
Rüzgarın dəyişməsi
Səni niyə qorxudur?
Yenə də qış qələcək
Yenə də qar yağacaq
Biz yaşayan anları
Doğmalar yaşayacaq.
Gileylənmə taledən
Har şey əbəsdir, ədəs
Bu qismət çevrəsindən
Əsla çıxmağa dəyməz.