Yüzə qədər saydım ki,
Gözümə yuxu getsin
Bu uzun gecə bitsin…
Saydım, dübarə saydım
Yüz gəlib minə çatdı…
Bu yağişlı gecədə
Ürəyim narahatdı…
Heç özüm də bimirəm
Nə səbəbə, nə üçün,
Axı nə olub mənə?
Hər şeyin günahkarı
Bəlkə elə yağışdı?
Yəqin əlbət yağışdı.
Tap, turup Gecə yarı.
Donmuş bağlara axır
…Bu yağışın suları.
Küçələrdə kimsə yox
Bayırda qaranlıqdı.
Könül, məni az danla
Nə ola, yağış yuya
Mənim günahlarımı
Sənim günahlarınla.