Main menu

Tufana düşmüşük gör neçə ildi,

Doğrudanmı bizi unudub Allah?

Pəncərə önündə yenə də payız

Buz bağlamış nohur. Saralmış taya.

 

Köçəri quşlardı göyün hakimi

Ağaclar soyunub, bağ-bağça qardı

Neçə illər qabaq olduğu kimi

Gecənin qulğı yene də kardı.

 

Dolanbac yollarda çaşıb qalanda

«Fani» axirəti rədd edəcəksən

Axırda boyanıb geri baxanda

Duman görəcəksən, çən görəcəksən.

 

Demək, sən yelkəni düz açmamisan

Başqa bir sahilə yan alıb bərən

Indi nə fərqi var, açıq danışaq

Sən axmaq olmusan, ya uzaqgörən?

Print Friendly, PDF & Email